Ötən həftənin son ticarət günündən etibarən dollar indeksinin yüksəlməsi fonunda dolların aparıcı valyutalar qarşısında qüvvətləndiyinin şahidi oluruq. EUR/USD cütlüyü 1.19, GBP/USD cütlüyü isə 1.3990 hədlərində müqavimətlə qarşılaşaraq yenidən ucuzlaşmağa başlayıb.
Dolların dünya birjalarında qüvvətlənməsi qızılın ucuzlaşmasına səbəb olub. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1810$ həddininin altında qala bilsə, 1800$ və 1790$-a kimi ucuzlaşa bilər.
Ötən həftənin cümə günü 42000$-a kimi bahalaşan bitkoin burada müqavimətlə qarşılaşaraq yenidən 40000$ həddinin altına qayıdıb. BTC 40000$ həddinin üzərində möhkəmlənə bilərsə, növbəti müqavimət hədləri kimi 42000$ və 45000$ səviyyələri çıxış edir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.