Amerikada yumşaq fiskal siyasətin genişləndirilməsi, dollara digər aparıcı valyutalarla müqayisədə tələb daha çox artıb və əlvan metallar bazarlarında qızıl da dəyər qazanmağa başlayıb.
EUR/USD və GBP/USD hazırda müvafiq olaraq 1.18 və 1.38$-ın altında ticarət edilirlər və ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır. Növbəti yaxın dəstək səviyyələri isə avro üzrə 1.16, funtda 1.3570$-dır. Bununla yanaşı, bu gün Almaniya, Avrozona, İngiltərə və ABŞ-ın sənaye sektorlarına dair dərc ediləcək önəmli göstəricilər də investorların diqqət mərkəzindədir.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti dar qiymət korreksiyası dəhlizi daxilində ticarət edilir. Dəhlizin yuxarı sərhədi 65000$, aşağı sərhədi 54000$-dır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.