ABŞ-da iqtisadi inkişaf səviyyəsi, işsizlik müavinəti üçün müraciət saylarında azalma və mənzil satışları kimi göstəricilərinin proqnozların altında açıqlanması, dollar indeksindəki enişlərin davam etməsinə səbəb olur.
Nəticədə dollar dünya birjalarında digər aparıcı valyutalar qarşısında dəyər itirir.
Dolların dünya birjalarında ucuzlaşması nəticəsində qızıla olan tələb artmaqda davam edir. Hazırda 1828$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1834$ həddininin üzərində möhkəmlənə bilsə, 1845$ və 1853$-a kimi bahalaşa bilər.
Kriptovalyuta birjalarına gəldidə isə, 40000$ müqavimətini qırmaqda çətinlik çəkən bitkoin bu həddi qıra bilsə, artım tendensiyasının 45000$-a kimi davam edəcəyi ehtimal olunur.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.