Cümə axşamı yayımlanacaq "ECB"-nin yeni faiz qərarı və saat 16:30-da baş tutacaq mətbuat konfransı öncəsi EUR/USD məzənnəsində 1.1880$ ətrafında korreksiya başlayıb.
GBP/USD məzənnəsində də qlobal trendə uyğun oxşar mənzərə müşahidə edilir.
Funt sterlinq 1.38$ ətrafında dalğalanmaqdadır. Əlvan metallar bazarlarında da qızılın qiymətində korreksiya müşahidə edilir.
Bununla yanaşı, bu gün saat 13:00-da Avrozona və Almaniyadan gələcək inkişaf perspektivlərini ölçən indeksinin dərci də investorların diqqət mərkəzindədir.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti 51 min dollar müqavimətini qıraraq, bahalaşmaqda davam edir və 54 minin qırılması ilə 60 min dollara kimi davam edəcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.