Almaniyada iqtisadi inkişaf üzrə göstəricilərin proqnozları aşması, EUR/USD məzənnəsinin daha da bahalaşmasına səbəb olub. Bunun GBP/USD məzənnəsinə də müsbət təsir edəcəyi proqnozlaşdırılır. İnflyasiyanın yüksək olması, əlvan metallar bazarlarında qızılın da dəyər qazanması üçün əsasları artırır.
Kriptovalyuta birjalarında da bitkoinin qiyməti 50459$-a kimi bahalaşmaqla, önəmli müqavimət səviyyəsinə yaxınlaşmış oldu. Beləliklə, burada da 51 minlik müqavimətin qırılaraq, BTC/USD məzənnəsinin 54 və 60 minə çatacağı ehtimal edilir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.