EUR
Amerika Mərkəzi Bankın (FED) inkişaf və faiz artımı proqnozlarını yüksəltməsindən sonra EURUSD məzənnəsi ucuzlaşmağa başlayıb və 1.18$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Bununla yanaşı, FED sədri Povelin çərşənbə axşamı Bakı vaxtı ilə saat 22:00-da parlament qarşısında çıxışı da önəmli rol oynayacaqdır.
GBP
GBPUSD məzənnəsi də yüksələn dollar indeksindən asılı olaraq ucuzlaşır və 1.36$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Cümə axşamı isə İngiltərə Mərkəzi Bankı gələcək siyasətini açıqlayacaqdır.
TRY
Bütün valyuta bazarlarında tendenisyaya uyğun olaraq, USDTRY məzənnəsində də bahalaşma müşahidə edilir və bahalaşmanın 9TL-yə kimi davam edəcəyi proqnozlaşdırılır.
OIL
Amerikada neft ehtiyatlarının azalması xəbərlərindən sonra Brentin qiyməti bahalaşmaqda davam edir. 74$-ın qırılması ilə bir barel üzrə qiymət 78$-a kimi də dəyər qazana bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
FED-in siyasətini sərtləşdirməsinə dair açıqlamaları qızılın da ucuzlaşmasına səbəb olub. Beləliklə, 1766$-ın (56.8 $/qram) qırılması ilə 1706$-a (54.9 $/qram) kimi ucuzlaşmanın da şahidi ola bilərik.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.