EUR
Amerikanın əmək bazarına dair fundamental göstəricilərin yaxşı açıqlanmasına baxmayaraq, sənaye sektorunda böyümənin yenidən zəifləməsi, dollar indeksində, EURUSD məzənnəsində korreksiyaya səbəb olmuşdur. Lakin təhlillərə əsasən, avroda ucuzlaşma davam edə bilər və 1.17$ reallaşa biləcək səviyyədir.
Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da Almaniya və Avrozona üzrə dərc ediləcək iqtisadi inkişaf proqnozlarını ölçən indeks də investorların diqqət mərkəzində olacaqdır.
GBP
İngiltərədə də korona infeksiyaların artması xəbərləri, iqtisadi qeyri-müəyyənliyi artırmaqla bərabər, funt sterlinqin də ucuzlaşmaqda davam edəcəyini ehtimal etməyə əsas verir. Beləliklə, 1.39$-ın altında qalan GBPUSD məzənnəsi 1.37$-a kimi də ucuzlaşa bilər.
Cümə günü saat 10:00-da İngiltərənin də iqtisadiyyatına dair önəmli fundamental göstəricilər açıqlanacaqdır.
TRY
Bütün valyuta bazarlarında tendenisyaya uyğun olaraq, USDTRY məzənnəsində də korreksiya müşahidə edilir. Qlobal təhlillərə əsasən isə bahalaşma 9TL-yə kimi davam edə bilər.
Bunun əsas səbəbi bazar ertəsi saat 11:00-da dərc ediləcək inflyasiya göstəricilər üzrə proqnozların artımı istiqamətində olmasıdır.
OIL
Enerji birjalarında Avropanın Brent nefti son iki il yarımın maksimumunda ticarət edilməkdədir və bir barel qiymətin 80$-a kimi dəyər qazanacağı proqnozlaşdırılır.
Cümə axşamı saat 19:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
FED-in siyasəti fonunda qeyri-müəyyənliyin yenidən artması, qızılın da 1800 - 1750$ (57.9 - 56.3 $/qram) aralığında korreksiyasına səbəb olmuşdur. Lakin qlobal proqnozlar bir unsiya üzrə qiymətin daha da ucuzlaşacağı istiqamətindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.