Uşaqlar üçün məntiqi və inkişaf etdirici oyuncaqlar istehsal edən «Lego» şirkətinə yatırım bir neçə yüz faizlik artıqlamasıyla gəlir gətirə bilər.
FED.az-ın məlumatına görə, rusiyalı ekspert, Dünya iqtisadiyyatı və biznesi institutunun müəllimi Viktor Doroxov bildirib ki, uşaq konstruktorları istehsal edən «Lego»ya yatırımların gətirdiyi gəlir 400%-dən təşkil edə bilər. Ayrı-ayrı oyuncaq seriyalarına yatırımlar isə dəfələrlə artıq qazanc gətirər.
Onun sözlərinə görə, ən likvid və gəlirli variantlar kolleksiya dəstləri, xüsusilə də oyuncaq «modul binalarıdır. Ekspert buna misal olaraq «Mərkəzdə restoran» adlanan dəsti göstərir, hansı ki, 2021-ci ilin əvvəlində 10-12 min rubla (120-150 dollara) almaq mümkün idi. «İndi isə həmin dəstin təkrar bazarda qiyməti 43-70 min rubl (480-780 dollar) arasında dəyişir. Və bu elə dəstlər üçün adi haldır»-deyə Doroxov bildirir.
Ekspertin sözlərinə görə, «Lego» - artıq çoxdandır ki, təkcə uşaqlar üçün oyuncaq deyil. Məsələ bundadır ki, «Lego» alıcılarının orta göstəricisi - 25 yaş ətrafında kişilərdir. Bəzi adamlar üçün kolleksiya ev dəsti uşaqlıq illərinə qayıtmaq deməkdir. Başqaları isə buna hobbi kimi baxır. Elə brendin özü də getdikcə daha yaşlı və ödəniş qabiliyyətli alıcı kütləsinə fokuslanıb.