Amerikanın əmək bazarına dair cümə günü dərc ediləcək fundamental göstəricilər fonunda müsbət proqnozlar özünü dolların qiymətlərində əks olunandan sonra investorlar gözləmə mövqeyini seçiblər. Bu səbəbdəndir ki, EUR/USD və GBP/USD məzənnələrində ticarət aktvliyi aşağı düşüb, üfüqi korreksiya müşahidə edilir.
Qızıl, bitkoin, USD/JPY və USD/TRY qiymətlərində də eyni tendensiya davam edir.
Qeyd etmək lazımdır ki, texniki təhlillərə əsasən dollar indeksi üzrə növbəti önəmli müqavimət səviyyələri 91.57 və 92.29 punktdur.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.