Beynəlxalq valyuta birjalarında FED-in yumşaq monetar siyasətindən uzaqlaşmasının iqtisadi təsirləri fonunda narahatlığın azalması, lakin "ECB"-nin siyasətini sərtləşdirməsi ehtimallarının qeyri-müəyyənliyi artırması, EUR/USD və GB/PUSD məzənnəsinin ucuzlaşmasına səbəb olur. Bu səbəbdən investorlar bu gün Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq Avropa Mərkəzi Bankının (ECB) açıqlamalarını diqqət mərkəzində saxlayır və ucuzlaşma dinamikası səngiyib. Qlobal trendə uyğun olaraq, qızıl da təzyiq altındadır.
Kriptovalyuta birjalarında korreksiya edən bitkoinin qiymətinin gələcəyi üçün 49 min müqaviməti və ya 43 min dəstəyi önəmli rol oynayacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.