InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Avrozonada inflyasiyanın yenidən 2%-ın altına düşəcəyi proqnozlaşdırıldığı üçün EURUSD məzənnəsi də yenidən təzyiq altında qala bilər. Beləliklə, son günlər 1.19$ ətrafında korreksiya edən avronun qiyməti 1.18$-a kimi ucuzlaşa bilər.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarına dair önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
GBP.
İngiltərədə də korona infeksiyaların artması xəbərləri, iqtisadi qeyri-müəyyənliyi artırmaqla bərabər, funt sterlinqin də ucuzlaşmasına səbəb olur. Son günlər yenidən ucuzlaşan GBPUSD məzənnəsi hazırda 1.39$-ın altında ticarət edilməkdədir və 1.37$-a kimi dəyər itirə bilər.
TRY.
Bütün valyuta bazarlarında tendenisyaya uyğun olaraq, USDTRY məzənnəsində də bahalaşma müşahidə edilir və bahalaşmanın 9TL-yə kimi davam edəcəyi proqnozlaşdırılır.
OIL.
İrana qarşı neft ixracı sanksiyaların aradan qaldırılmasına dair xəbərlər, bazarda təklifin artması fonunda qiymətlərin də bahalaşması dinamikası zəifləmişdir. Lakin təhlillərə əsasən, Brent neftinin 80$-a kimi dəyər qazanacağı proqnozlaşdırılır.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
FED-in siyasətini sərtləşdirəcəyinə dair ehtimallar, qızılın da ucuzlaşmasına səbəb olur. Beləliklə, 1766$-ın (56.8 $/qram) qırılması ilə 1706$-a (54.9 $/qram) kimi ucuzlaşmanın da şahidi ola bilərik.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.