Foreks bazarlarında dollar ucuzlaşmaqda davam edir.
Beləliklə, EUR/USD və GBP/USD məzənnələri də bahalaşmaqdadir və bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır. Əlvan metallar bazarlarında qızıl da dəyər qazanmaqdadır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan dərc ediləcək inflyasiya göstəriciləri də investorların diqqət mərkəzindədir.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti 51 - 43 min dollar aralığında korreksiya etməkdədir və növbəti istiqamət sözügədən sərhədlərdən birinin qırılması ilə müəyyən olunacaqdır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.