Foreks bazarlarında dollar indeksi düşməkdə davam edir və 6 ilin minimumuna ucuzlaşacağı proqnozlaşdırılir.
Dolların digər aparıcı valyutalara nisbətən məzənnələrinin ucuzlaşmasına səbəb isə Amerika iqtisadiyyatı fonunda qeyri-müəyyənliyin artması, FED faizinin artmayacağı ehtimallarıdır.
Beləliklə, EURUSD və GBPUSD məzənnələri bahalaşmaqda, USDJPY, USDTRY, USDRUB valyuta cütklüklərin qiymətləri isə ucuzlaşmaqdadır. Əmtəə birjalarında da neft və qızıl qiymətlərində bahalaşma davam edir.
Kriptovalyuta bazarlarında isə dolların ucuzlaşmasına baxmayaraq, BTCUSD məzənnəsi də ucuzlaşır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.