Çərşənbə günü keçirilən toplantısında FED-in bu aydan etibarən monetar siyasətin sərtləşdirilməsinə dair qərarı fonunda kəskin hərəkətliliyin yaşandığı birjalarda diqqətlər İngiltərə Mərkəzi Bankının bu gün keçiriləcək toplantısına və sədr Endyu Beylinin çıxışına yönəlib.
İngiltərədə və Almaniyada açıqlanacaq xidmət sektorundakı biznes aktivliyi göstəriciləri və ABŞ-ın xarici ticarət dövriyyəsi ilə bağlı xəbərlər də diqqət mərkəzində olacaqdır.
FED-in sərt monetar siyasətlə bağlı qərarı sonrası 1760$-a kimi ucuzlaşan qızıl buradan dəstək alaraq yenidən bahalaşdı. Əgər qiymətli metalın bir unsiya üzrə dəyəri 1770$-ın altına düşsə, 1760$ və 1748$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.