Amerikada inflyasiyanın son 30 ilin maksimumuna yüksəlməsi xəbərlərindən sonra EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşma sürətlənmişdir. İnflyasiyanın güclü artım FED-in monetar siyasətini vaxtından tez sərtləşdirəcəyinə işarədir ki, avro və funta qarşı təzyiqlər də artır.
Təhlillərə əsasən, avro 1.16, funt 1.36$-a kimi dəyər itirə bilər. Əlvan metallar bazarlarında da qlobal iqtisadi qeyri-müəyyənliyin artmasına baxmayaraq, foreksdə dolların bahalaşması ilə qızılın qiyməti də 1818$-ın altında müqavimətlə rastlaşır.
Kriptovalyuta birjalarında bitkoin də ucuzlaşır və 32 minin qırılması ilə növbəti önəmli dəstək səviyyəsinin 30 min olacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.