Amerika əmək bazarında işsizlik müavinətlərin artması xəbəri və sənaye sektorunda risklərin artması ehtimalları dolların korreksiyasına səbəb olub. EUR/USD və GBP/USD məzənnələri də müvafiq olaraq 1.16 və 1.35$ ətrafında korreksiya etməkdədir.
Təhlillərə əsasən, dollar indeksində son bir ilin maksimumundaki korreksiyası davam edəcəkdir. İnvestorlar gələcək günlərdə dərc ediləcək önəmli iqtisadi göstəricilərlə yanaşı, Almaniyada yeni hökümətin qurulmasını, İngiltərədə təchizat zəncirində yaranmış böhranı da yaxından izləyirlər.
Birjalarda qeyri-müəyyənlik əlvan metallar bazarlarında da qızıla olan tələbin artmasına səbəb olub və bir unsiya üzrə qiymət 1764$-a kimi dəyər qazanıb. Gələcək trend son müqavimət səviyyəsinin qırılıb-qırılmayacağından asılı olacaqdır.
Kriptovalyuta birjalarında da bitkoinin qiymətində 40 - 44 min dollar aralığında üfüqi dalğalanma müşahidə edilir və gələcək trend bu iki səviyyədən birinin qırılmasından asılı olacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.