İnvestorların səbrsizliklə gözlədiyi ABŞ-da əmək bazarı, xüsusilə qeyri-kənd təsərrüfatı sektorunda məşğulluqla bağlı göstəricilər bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq. Dərc olunacaq nəticələr iqtisadi canlanma və FED-in istiqraz alışı proqramında izləyəcəyi yol haqqında proqnozlar irəli sürməyə imkan verəcəkdir. Bu səbəbdən də dünya birjalarında durğunluq hökm sürür.
ABŞ-da əmək bazarına dair göstəricilərin dərci öncəsi qızıl kritik 1800$ sərhəddində dalğalanır. Əgər qiymət bu həddin altında qala bilsə, qızılın bir unsiya üzrə dəyəri 1790$ və 1783$-a kimi ucuzlaşa bilər.
Artım tendensiyasını qoruyan bitkoin 40000$ həddinin üzərində möhkəmlənə bilsə, 42000$ və 45000$-a kimi bahalaşa bilər. Sürətlə bahalaşmaqda davam edən etereum isə 2892$ həddini qırsa, 3050$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.