Bu gün Bakı vaxtı ilə saat 13:00-da Almaniyadan dərc ediləcək inkişaf perspektivləri indeksi üzrə proqnozların pisləşməsi, avronu təzyiq altında saxlayır. Saat 10:00-da İngiltərənin də əmək bazarına dair önəmli fundamental göstəricilərin açıqlanaması gözlənilir. Beləliklə, dünya birjalarında dollara olan tələb daha da artıb.
Təhlillərə əsasən, EUR və GBP/USD məzənnələri müvafiq olaraq 1.14 və 1.34$-a kimi ucuzlaşmaqda davam edə bilərlər. Əlvan metallar bazarlarında isə ABŞ və Çin arasında qarşıdurmanın kəskinləşəcəyi narahatlıqları fonunda qızıla olan tələbin də arta biləcəyi proqnozlaşdırılır. Bir unsiya üzrə qiymət 1770$-ı yuxarı istiqamətdə qırarsa, 1800$-a kimi dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.