EUR
Avrozonada iqtisadi və siyasi risklərin artması, EUR/USD məzənnəsinin də ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırmağa əsas verir. Təhlillərə əsasən, son ucuzlaşma dalğası 1.16$-a kimi davam edə bilər.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan dərc ediləcək inflyasiya göstəriciləri də investorların diqqət mərkəzindədir.
GBP
GBP/USD məzənnəsi də 1.37$-ın altında ticarət edilir və beləliklə, 1.35$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Cümə axşamı saat 10:00-da da İngiltərədən iqtisadi inkişaf göstəricilərinin yayımlanması önəmli rol oynayacaqdır.
TRY
TCMB faizlərini aşağı salmağa başlaması ilə lirə daha da ucuzlaşıb. USD/TRY məzənnəsi hazırda 8.90TL-yə təklif edilir və bahalaşma davam edəcəyi təqdirdə növbəti səviyyələr 9.11TL ola bilər.
OIL
Enerji birjalarında neftə olan tələbin artması ilə Brent nefti son 11 ayın maksimumuna yüksəlib və 84$-a kimi də dəyər qazana bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Qızıl da ucuzlaşan aktivlər arasındadır və bir unsiya üzrə qiymət 1768$-ın (56.9 $/qram) altında qaldıqca, 1717$-a (55.2 $/qram) kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.