Banner

İnvestisiya

Dollarda bahalaşmanın məhdud qalacağı - Proqnozlaşdırılır

Dollarda bahalaşmanın məhdud qalacağı - Proqnozlaşdırılır | FED.az
09:51 16 İyul 2021

Amerikanın sənaye sektoruna dair fundamental göstəricilərin proqnozlaşdırılandan pis açıqlanmasına baxmayaraq, dollar indeksi son üç ayın maksimumuna yaxın dalğalanmaqdadır. Bunun əsas səbəbi Avrozonada iqtisadi risklərin üstünlük təşkil etməsi ilə EUR/USD və GBP/USD məzənnələrinin ucuzlaşmasıdır. Bununla yanaşı, dollarda bahalaşmanın da məhdud qalacağı proqnozlaşdırılır. 

Qızılın qiyməti isə iqtisadi risklərin artması ilə bahalaşmaqdadır. Dollarda bahalaşma ilə burada korreksiya müşahidə edilə bilər. Lakin orta müddətli perspektivdə proqnozlar bahalaşmanın davam edəcəyi istiqamətində üstünlük təşkil edir. 

Kriptovalyuta birjalarında isə 31.4 minə kimi ucuzlaşdıqdan sonra bahalaşıb. Bu, korrektiv qiymətləndirilir və 32 minin altında qalması ilə kifayətlənərsə, ucuzlaşma 30 minə kimi sürətlənə bilər. 

Məlumat Azərbaycanın  İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Banner
Banner

Digər xəbərlər