Avrozona və İngiltərə iqtisadiyyatları fonunda qeyri-müəyyənliyin artması, avro və funtun da ucuzlaşmasına səbəb olur.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00-da İngiltərədən pərakəndə satış dövriyyəsi, 11:30-da Almaniyadan, 12:00-da Avrozonadan və 12:30-da bir daha İngiltərədən biznes aktivliyi indekslərinin açıqlanması da investorların diqqət mərkəzindədir.
Bu, əlvan metallar bazarlarında da böhran maliyyə aləti kimi qızıla olan tələbi artırıb. Lakin dollarda bahalaşma güclənərsə, qızılın da təzyiq altında qalacağı ehtimal edilir.
Kriptovalyuta birjalarında isə bitkoin 29 minə kimi ucuzlaşdıqdan sonra bahalaşıb. Lakin bahalaşma dalğası yenidən 34 mində müqavimətlə rastlaşaraq, ucuzlaşma ilə əvəz ediləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.