Avrozona iqtisadiyyatı fonunda proqnozların son altı ayın minimumuna düşməsi, EUR/USD məzənnəsinin ucuzlaşmasına səbəb olmuşdur. Beləliklə, dollara olan tələbin artması da GBP/USD kimi digər aparıcı valyutaların dollara olan məzənnələrin ucuzlaşmasına səbəb olmuşdur. Bununla yanaşı, Avrozona kimi inkişaf etmiş bazarda durğunluğun yaranmasından, digər ölkələr də mənfi təsirlənəcəkdir. Təhlillərə əsasən, avro və funt sterlinqdə ucuzlaşma müvafiq olaraq, 1.16, 1.36$-a kimi davam edə bilər.
Əlvan metallar bazarlarında da eyni tendensiya müşahidə edilir və bir unsiya üzrə qızılın qiyməti də 1790$-ın qırılması ilə 1775$-a kimi dəyər itirə bilər. Kriptovalyuta birjalarında dollara olan tələbin artması, bitkoində korreksiyanın davam etməsinə səbəb olur. Burada da önəmli müqavimət səviyyəsi 35, dəstək səviyyəsi isə 33 min dollardır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.