Amerikanın əmək bazarında risklərin yenidən artdığı bir şəraitdə, cümə axşamı inflyasiyanın da 5%-ə çatması xəbərlərinin yayılmasından sonra dollar ucuzlaşmağa başlayıb. Gələn həftə dərc ediləcək pərakəndə satış dövriyyəsinə dair göstəricilərdə də azalma ehtimal edilir.
Beləliklə, EUR/USD və GBP/USD məzənnələri də yenidən bahalaşmağa başlayıb. Bununla yanaşı, sözügedən tendensiyanın növbəti önəmli fundamental göstəricilərin açıqlanmasına kimi məhdud qalacağı gözlənilir. Önəmli hadisələr arasında xüsusilə, çərşənbə günü açıqlanacaq FED-in faiz qərarı və sədrin verəcəyi önəmli açıqlamalar yer tutur.
Foreks bazarlarında tendensiya əlvan metallar bazarlarında qızılın da dəyər qazanmasına səbəb olub və 1900$ müqavimət səviyyəsidir.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti bahalaşaraq, 38400$ müqavimət səviyyəsində korreksiya etməkdədir. Son 24%-lik bahalaşmaya səbəb isə bazarda likvidliyin artması ilə tələbin də yüksəlməsidir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.