Amerikanın əmək bazarında dair fundamental göstəricilərin cümə axşamı müsbət açıqlanmasına baxmayaraq, dollar təzyiq altında qalmaqda davam edir. Texniki olaraq, son dörd ayın minimumunda dalğalanan dollar indeksin, 89.66 punktun qırılması ilə 6 ilin minimumuna kimi ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır.
EUR/USD və GBP/USD məzənnələrində bahalaşmanın davam etməsi ilə yanaşı, USD/JPY, USD/TRY və USD/RUB məzənnələri də ucuzlaşmaqdadır.
Monetar siyasətlərin yumşaq qalacağı ehtimalları əlvan metallar bazarlarında qızılın da dəyər qazanmasına səbəb olur. Alternativ sərmayə bazarı - kriptovalyuta birjalarında isə bitkoin 28666$-a kimi ucuzlaşdıqdan sonra yenidən dəyər qazanmağa başlayıb. Növbəti maksimumlar üçün isə 42500 və 5100$ müqavimətlərin qırılması lazımdır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.