Amerika Mərkəzi Bankın (FED) yumşaq monetar siyasətini dayandırmağa başlaması, foreks bazarlarında dollara olan tələbin artmasına səbəb olur.
Beləliklə, avro, funt sterlinq kimi digər aparıcı valyutaların məzənnələri də ucuzlaşmaqdadır. Təhlillərə əsasən, son bir ayın orta qiymətində dalğalanan dollar indeksi, on ayın maksimumuna kimi yüksələ bilər. Əlvan metallar bazarlarında dollardan asılı olaraq, qızılın da ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır.
Kriptovalyuta birjalarında da dəyər itirən bitkoinin qiyməti isə 38600$-da yenidən dəstək görə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.