FED-in iyul ayının 28-i keçirilməsi planlaşdırılan toplantısı öncəsi investorların gözləmə mövqeyinə çəkilməsi səbəbilə dollar dünya birjalarında ucuzlaşır. Bu həftə həmçinin ABŞ-da ÜDM-in 2-ci rüb üzrə göstəricilərinin də açıqlanması gözlənilir.
Dollar indeksinin zəifləməsi fonunda qızıl bahalaşa bilər. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$ həddininin üzərində möhkəmlənə bilsə, 1817$-a kimi bahalaşacağı proqnozlaşdırılır.
Kriptovalyuta birjalarında isə bitkoin cari ticarət həftəsinin ilk günü 40000$-a kimi bahalaşsa da burada müqavimətlə qarşılaşaraq yenidən 37000$-a kimi geriləyib. Əgər 38000$ həddinin üzərində möhkəmlənə bilərsə, artım tendensiyasının davam edəcəyi ehtimal olunur.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.