Amerika Mərkəzi Bankı (FED) monetar siyasətin sərtləşdirilməsini müzakirə etməyə başladıqlarını, inkişaf və faiz artımı proqnozlarını yüksəltdiklərini elan etdikdən sonra EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşma başlayıb. Eyni tendensiya qızılın qiymətində də müşahidə edilir.
Beləliklə, son iki ayın maksimumuna qalxan dollar indeksinin, əlavə 1%-ə kimi yüksəlməkdə davam edəcəyi də ehtimal edilir.
Kriptovalyuta birjalarında isə tələbin artması ilə əlaqədar Bitcoinin qiyməti bahalaşaraq, önəmli müqavimət səviyyəsi - 39500$ ətrafında dalğalanmaqdadır. Təhlillərə əsasən, BTC/USD yaxın günlərdə 44800$-a kimi də dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.