Amerikanın əmək bazarına dair fundamental göstəricilərin müsbət açıqlanmasından sonra EUR/USD, GBP/USD və XAU/USD kimi maliyyə alətlərin qiymətlərində ucuzlaşma sürətlənib. Avro 1.18, funt strelinq 1.39 və qızılın bir unsiya qiyməti 1740$-ın altında ticarət edilir. Təhlillərə əsasən, dollar indeksində yüksəliş 1%-ə kimi davam edə bilər.
Kriptovalyuta birjalarında bitkoin də dolların məzənnəsinə paralel olaraq bahalaşır. Hazırda 45 minə ticarət edilən BTCUSD məzənnəsi üzrə növbəti müqavimət səviyyəsi 51 mindir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.