Beynəlxalq valyuta birjalarında Almaniya, Avrozona üzrə "ZEW" indeksinin mənfi açıqlanmasından sonra EUR/USD məzənnəsinə qarşı təzyiqlər 1.22$-ın altında daha da artıb.
Bu, cümə axşamı Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətin daha uzun müddət davam etdiriləcəyi istiqamətində açıqlamalar verəcəyi ehtimallarını da artırır. Beləliklə, dollar indeksi üzrə yüksəliş proqnozları da artıb. GBP/USD məzənnəsi də dollar indeksindən asılı olaraq 1.42$-ın altında dalğalanmaqdadır.
FED-in gələcək siyasətin sərtləşdirə biləcəyi ehtimalları isə əlvan metallar bazarlarında qızılın ucuzlaşmasına səbəb olur. Kriptovalyuta birjalarında da bitkoinin qiyməti təzyiq altında qalmaqda davam edir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.