Amerika Mərkəzi Bankın (FED) çərşənbə günü toplantı protokolunun yayımlanmasından sonra dollar indeksi 3 günün maksimumuna yüksəlib. FED artıq növbəti toplantıda ölkədə inkişafın davam edəcəyi təqdirdə istiqraz alışı proqramının şəraiti uyğunlaşdırıla biləcəyini müzakirə etməyə başlayıblar. Bu, monetar siyasətin sərtləşdirilə biləcəyinə işarədir.
Beləliklə, EUR/USD və GBP/USD məzənnələrinə qarşı təzyiqlər də artmağa başlayıb. Bununla yanaşı, bu gü Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan açıqlanacaq işsizlik müavinətlərinə dair fundamental göstəricilər də önəmli rol oynayacaqdır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.