FED nümayəndələrinin istiqraz alışı proqramının azaldılması yönündə verilən açıqlamalar sonrası dollar dünya birjalarında bahalaşmağa başlayıb.
Lakin investorlar daha çox cümə gün ABŞ-da açıqlanacaq əmək bazarına dair göstəricilərin nəticələrinə köklənib. Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 15:00-da İngiltərə Mərkəzi Bankının inflyasiya hesabatı və faiz dərəcələri ilə bağlı qərarı açıqlanacaqdır.
İnvestorların FED nümayəndələrinin istiqraz alışı proqramının azaldılması yönündə verdiyi açıqlamalara baxmayaraq, diqqətlərini “NFP”-nin nəticələrinə yönəltməsi fonunda qızılda üfüqi tendensiya davam edir. 1808$ və 1815$ aralığında dalğalanan qızılda 1808$ həddi qırılarsa, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$ və 1790$-a kimi ucuzlaşa bilər.
Çərşənbə günü 40000$ həddini test etsə də, bu həddi qırmaqda çətinlik çəkən bitkoin, 40000$ həddinin üzərində möhkəmlənə bilsə, 42000$ və 45000$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.