ABŞ-da ardıcıl iki ay sənaye sektorunda biznes aktivliyinin zəifləməsi, həmçinin Amerikanın Maliyyə Nazirliyinin dövlətin borc limitinin bitməsi ilə əlaqədar olaraq ölkənin defolt etməməsi üçün fövqəladə tədbirlər almaq barədə açıqlamaları fonunda dollar indeksindəki enişlər davam edir. Nəticədə dollar dünya birjalarında digər aparıcı valyutalar qarşısında dəyər itirir.
Cari ticarət həfətsinə enişlərlə başlayan qızılda 1810$ həddi aşağıya doğru qırılarsa enişlər 1800$ və 1790$-a kimi davam edə bilər.
40000$ həddini qıra bilməyən bitkoin burada müqavimətlə qarşılaşaraq yenidən 38000$ dəstəyinə qədər geriləyib. Bu hədd aşağıya doğru qırılacağı təqdirdə BTC 36000$ və 32000$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.