«CPM-İnvest İnvestisiya Şirkəti»nin dövriyyəsi artıb.
FED.az xəbər verir ki, 2023-ci ilin yanvar-oktyabr aylarında şirkətin birja dövriyyəsi 3 milyard 759,5 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 4% artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 119,2 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 745,7 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 13,9 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 2 milyard 879,2 milyon manat, səhmləri isə 1,5 milyon manat olub.
Cari ildə«CPM İnvest İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 3,7 dəfə azalıb, dövlət istiqrazları üzrə əməliyyatları 4,7%, repo əməliyyatları 17,6%, korporativ istiqrazlar üzrə əməliyyatlar 36,2% artıb, səhm əməliyyatları 46,6% azalıb.
Bu il «CPM İnvest İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 19,1% artaraq 2 342-dən 2 789-a yüksəlib.