Dekabr ayının 21-də Bakıda Azərbaycan-Türkiyə investisiya forumu keçiriləcək.
FED.az xəbər verir ki, forumun təşkilatçılarından biri olan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi– AZPROMO-dan bildirilib ki, tədbirdə hər iki ölkədən dövlət qurumları, universitetlər və şirkətlərin 400-ə yaxın nümayəndəsinin iştirakı nəzərdə tutulub.
“Forum ticarət, nəqliyyat-logistika, kənd təsərrüfatı, müdafiə sənayesi, enerji və inşaat, o cümlədən səhiyyə və turizm sektorlarını əhatə edən 6 panel sessiyasından ibarət olacaq”, - deyə məlumatda bildirilir.
Bununla yanaşı,forum çərçivəsindəsahibkarlar arasında B2B görüşlər təşkil olunacaq.