“AzFinance İnvestisiya Şirkəti” QSC-nin səhmdarlarının sayı artıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə investisiya şirkətinin hesabatında bildirilir.
İnvestisiya şirkətinin səhmləri 100% Abid Mamedova məxsus idi, indi isə səhmdarlarının sayı 2-yə qalxıb.
Xatırladaq ki, “Azfinance” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1.55 milyon manatdır.