“Azfinance İnvestisiya Şirkəti” QSC bu ilin I yarısını 146 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: “AzFinance” istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşdı - NƏTİCƏSİ
FED.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, yanvar-iyun aylarında “Azfinance”ın vergiyəqədərki mənfəəti 182 min manat, mənfəət vergisi ödəmələri isə 36 min manat təşkil edib.
Bu il iyulun 1-nə “Azfinance”ın aktivləri 2,436 milyon manat olub ki, bunun da 51 min manatı investisiya şirkətinin öhdəlikləri, 2,385 milyon manatı isə balans kapitalı hesabına formalaşıb. (Renkinq)