Bu ilin I yarısında Azərbaycanda investisiya şirkətlərinin portfel idarəetməsi ötən ilin sonu ilə müqayisədə 14 milyon manat və ya 7,5% artaraq 201 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Keçən ilin sonunda investisiya şirkətlərinin portfel idarəetməsi 187 milyon manat olmuşdu.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.