Bu ilin I yarısında Azərbaycanda investisiya şirkətlərinin xarici bazarda broker xidmətləri ilin əvvəli ilə müqayisədə 426 milyon manat və ya 41,4% artaraq 1456 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
İlin əvvəlində investisiya şirkətlərinin xarici bazarda broker xidmətləri 1 030 milyon manat olmuşdu.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.