EUR
Avrozonada inflyasiyanın yenidən 2%-ın altına düşəcəyi proqnozlaşdırıldığı üçün EUR/USD məzənnəsi də yenidən təzyiq altında qala bilər. Beləliklə, son günlər 1.19$ ətrafında korreksiya edən avronun qiyməti 1.18$-a kimi ucuzlaşa bilər.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarına dair önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
GBP
İngiltərədə də korona infeksiyaların artması xəbərləri, iqtisadi qeyri-müəyyənliyi artırmaqla bərabər, funt sterlinqin də ucuzlaşmasına səbəb olur. Son günlər yenidən ucuzlaşan GBP/USD məzənnəsi hazırda 1.39$-ın altında ticarət edilməkdədir və 1.37$-a kimi dəyər itirə bilər.
TRY
Bütün valyuta bazarlarında tendenisyaya uyğun olaraq, USDTRY məzənnəsində də bahalaşma müşahidə edilir və bahalaşmanın 9TL-yə kimi davam edəcəyi proqnozlaşdırılır.
OIL
İrana qarşı neft ixracı sanksiyaların aradan qaldırılmasına dair xəbərlər, bazarda təklifin artması fonunda qiymətlərin də bahalaşması dinamikası zəifləmişdir. Lakin təhlillərə əsasən, Brent neftinin 80$-a kimi dəyər qazanacağı proqnozlaşdırılır.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
FED-in siyasətini sərtləşdirəcəyinə dair ehtimallar, qızılın da ucuzlaşmasına səbəb olur. Beləliklə, 1766$-ın (56.8 $/qram) qırılması ilə 1706$-a (54.9 $/qram) kimi ucuzlaşmanın da şahidi ola bilərik.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.