Beynəlxalq valyuta birjalarında dollar indeksinin cari həftənin dəstək səviyyəsi üzərində ticarət edildiyi müşahidə edilir.
Cümə günü Avrozonadan açıqlanacaq inflyasiya göstəricilərində də 3%-ın üzərində artım müşahidə edilərsə, bu, avroda ucuzlaşmanın sürətlənə biləcəyinə işarədir. Beləliklə, funt sterlinq də təzyiq altında qala bilər. Əlvan metallar bazarlarında isə qızılda növbəti ucuzlaşma dalğası artıq başlayıb.
Kriptovalyuta birjalarında isə bitkoin 47.6 min dollar müqavimətini qırıb və bu, 51 min dollar istiqamətindəki alış əməliyyatlarını artıra bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.