Avropa Mərkəzi Bankının toplantı protokolunda istiqaraz alış proqramının sürətinin yenidən dayandırıla biləcəyinin göstərilməsi və Amerikanın əmək bazarına dair iqtisadi göstəricilərin mənfi dərc edilməsi, EUR/USD və GBP/USD məzənnələrində bahalaşmalara səbəb olmuşdur. Lakin Avrozona ilə müqayisədə Amerikada korona böhranı ilə maddi və sosial mübarizənin daha irəlidə olması da investorların nəzərə alacaq önəmli amildir. Bu baxımından, EUR/USD və GBP/USD məzənnələrində bahalaşma korrektiv qiymətləndirilir və yenidən ucuzlaşmağa başlayacaqları proqnozlaşdırılır.
Eyni tendensiya USD/JPY məzənnəsində də müşahidə edilsə də, USD/TRY məzənnəsi fonunda treyderlər gələn həftə açıqlanacaq TCMB-nin faiz qərarını gözləyirlər.
Əlvan metallar bazarında da qızılın qiyməti müqavimətlə rastlaşıb. Burada isə ucuzlaşmanın trend deyil, müvəqqəti xarakter daşıyacağı ehtimal edilir, yəni 1757$ müqavimətinin qırılması an məsələsi ola bilər.
Kriptovalyuta birjalarında da mənzərə fərqlidir. Belə ki, bitkoinin bahalaşması dollar ilə müsbət korrelasiya yaratmaq üzrədir. Son gün ərzində bahalaşan BTC/USD məzənnəsi hazırda 58350$-a təklif edilir və bu, gələcək trend üçün qırılması önəmli müqavimət səviyyəsidir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.