Avrozona, Almaniya və İngiltərə üzrə fundamental göstəricilərin mənfi açıqlanmasından sonra EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşma daha da sürətlənib. Təhlillərə əsasən, ucuzlaşma cümə axşamı "ECB" tərəfindən veriləcək önəmli açıqlamalara kimi davam edə bilər. Əlvan metallar bazarlarında qızıl da dolların dəyər qazanması fonunda ucuzlaşır.
Kriptovalyuta birjalarında da Bitcoində ucuzlaşma müşahidə edilir, lakin 43 min dəstəyi qorunacağı təqdirdə, yenidən 60 min dollar istiqamətində bahalaşa biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.