Beynəlxalq valyuta birjalarında avro və funtun dollara nisbətən məzənnələri təzyiq altında qalmaqda davam edir. Bunun əsas səbəbi Avrozona və İngiltərə ilə bağlı iqtisadi göstəricilərin zəif açıqlanmasıdır. Beləliklə, foreks bazarlarında dollara olan tələbin artması, yen, lirə və rublun da ucuzlaşmasına səbəb olur. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransında veriləcək açıqlamalar da önəmli rol oynayacaqdır.
Əlvan metallar bazarlarında qızıl və kriptovalyuta birjalarında bitkoinin qiymətləri isə bahalaşır.
Qeyd etmək lazımdır ki, dollar indeksi üzrə təhlillərə əsasən, 92 və 92.50 punktun qırılması, növbəti güclü bahalaşma dalğası üçün önəmli rol oynayacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.