Amerikanın əmək bazarına dair fundamental göstəricilərin müsbət açıqlanmasından sonra EUR/USD, GBP/USD və XAU/USD kimi maliyyə alətlərin qiymətlərində ucuzlaşma sürətlənib. Avro 1.17, funt strelinq 1.38 və qızılın bir unsiya qiyməti 1737$-a ticarət edilir. Təhlillərə əsasən, dollar indeksində yüksəliş 1%-ə kimi davam edə bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Almaniya və Avrozonadan iqtisadi inkişaf proqnozlarını ölçən "ZEW" indeksinin açıqlanması da investorların diqqət mərkəzində olacaqdır.
Kriptovalyuta birjalarında Bitkoin də dolların məzənnəsinə paralel olaraq bahalaşır. Hazırda 45 minə ticarət edilən BTC/USD məzənnəsi üzrə növbəti müqavimət səviyyəsi 51 mindir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.