Amerikanın əmək bazarında risklərin artması xəbərləri dollarda korreksiyaya səbəb olsa da neft ehtiyatlarına dair göstəricinin yaxşı açıqlanması, ümidlərin yenidən artmasına səbəb olmuşdur. Neftə olan tələbin proqnozlaşdırılandan çox artması, iqtisadiyyata dair gözləntilərin də artmasına səbəb olur.
Beləliklə, EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşmanın davam edəcəyi də ehtimal edilir. Əlvan metallar bazarlarında qızılın, kriptovalyuta birjalarında bitkoinin də qiyməti təzyiq altındadır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.