Amerikanın əmək bazarında işsizlik müavinətlərinə dair fundamental göstəricilərin mənfi açıqlanmasından sonra foreks bazarlarında dollar ucuzlaşıb. Beləliklə, EUR/USD və GBP/USD məzənnələrində bahalaşma müşahidə edilib. Lakin təhlillərə əsasən, ucuzlaşma yenidən sürət götürə bilər.
Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti təzyiq altında qalmaqda davam edir və düşüş 1717$-a kimi davam edə bilər.
Kriptovalyuta birjalarında da bitkoinin qiyməti 44600$-da müqavimətlə rastlaşıb və bu qırılana kimi korreksiya 43 min dollara kimi dərinləşə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.