Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bankının cümə axşamı baş tutacaq mətbuat konfransında, yumşaq monetar siyasətin daha uzun müddət davam etdiriləcəyinə dair açıqlamaların olacağı ehtimallarının güclənməsi, EUR/USD məzənnəsinin ucuzlaşmasına səbəb olur. Eyni tendensiya GBP/USD məzənnəsində də müşahidə edilir.
FED-in gələcək siyasətin sərtləşdirə biləcəyi ehtimalları isə əlvan metallar bazarlarında qızılın ucuzlaşmasına səbəb olur. Kriptovalyuta birjalarında da bitkoinin qiyməti təzyiq altında qalmaqda davam edir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.