Dollar indeksi düşməkdə davam edir. Avro və funtda bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, Bakı vaxtı ilə saat 11:55-da Almaniyanın əmək bazarı, saat 18:00-da ABŞ-ın sənaye sektorunda biznes aktivliyi indeksi ilə bağlı açıqlanacaq önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
Əlvan metallar bazarlarında qızıl da dəyər qazanmaqda davam edir. Kriptovalyuta birjalarında isə bitkoin təzyiq altında qalmaqda davam edir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.