Son günlər böyük maraqla gözlənilən Cekson Hol simpoziumu öncəsi foreks bazarlarında ticarət aktivliyi azalsa da bugündən yenidən artacaqdır. Təqribən Bakı vaxtı ilə saat 17:00-da açıqlanacaq simpoziumda bank sədrlərinin önəmli açıqlamalar verəcəyi və bəzi qeyri-müəyyənliklərə aydınlıq gələcəyi gözlənilir.
Texniki təhlillərə əsasən, dolların ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır. Beləliklə, EUR/USD və GBP/USD məzənnələrində də bahalaşma müvafiq olaraq 1.18 və 1.38$-a kimi davam edə bilər. Əlvan metallar bazarlarında iqtisadi risklərin artması ilə qızıla olan tələb də arta bilər. Burada 1800$-ın qırılması önəmli rol oynayacaqdır.
Kriptovalyuta birjalarında da bitkoinin qiyməti 51 - 47 min dollar aralığında korreksiya etməkdədir və növbəti istiqamət sözügədən sərhədlərdən birinin qırılması ilə müəyyən olunacaqdır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.