Amerikada iqtisadi risklərin hökm sürdüyü bir vaxtda FED-in siyasətini sərtləşdirməyə başlayacağı ehtimalları, foreks bazarlarında dollar fonunda qeyri-müəyyənliyi artırmaqla yanaşı, ucuzlaşmasına da səbəb olur. Buna dair bu gün Bakı vaxtı ilə saat 18:00-da "Jackson Hole" simpoziumunda çıxış edəcək bank sədri Jerom Povelin də önəmli açıqlamalar verəcəyi və ticarət aktivliyinin daha da artacağı gözlənilir.
EUR/USD və GBP/USD məzənnələrində artıq bahalaşma başlayıb. Təhlillərə əsasən, avro 1.18, funt sterlinq isə 1.38$-a kimi dəyər qazana bilər. Dollara olan etimadın düşməsi, əlvan metallar bazarlarında qızıla olan tələbi də artırmaqla, 1833$-a kimi bahalaşa bilər.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti 51 - 43 min dollar aralığında korreksiya etməkdədir və növbəti istiqamət sözügədən sərhədlərdən birinin qırılması ilə müəyyən olunacaqdır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.